Hollandiya və Türkiyə şokda
Bizi izləyin

İdman

Hollandiya və Türkiyə şokda

AÇ-2016-nın seçmə mərhələsinin A, B və H qruplarında növbəti oyunlar keçirilib.

Publika.az xəbər verir ki, günün ilk oyunu Bakıda - "Bakcell Arena"da baş tutub. Burda millimiz Xorvatiya yığmasını qəbul edib. Matç başladığı kimi - 0:0 hesabıyla başa çatıb.

Günün ən maraqlı oyunlarından biri də Belçikada baş tutub. Hazırda B qrupunda ikinci pillədə qərarlaşan meydan sahibləri seçmə mərhələyə gözlənilmədən uğursuz start verən Bosniya və Herseqovina millisini qəbul edib. Oyun 3:1 hesabıyla belçikalıların qələbəsiylə yekunlaşıb.

A qrupunda mübarizə aparan Türkiyə millisi isə evdə Latviyanı sınağa çəkib. Bu qarşılaşma qardaş ölkə millisi üçün böyük əhəmiyyət daşıyırdı. Belə ki, bu oyunadək hesabında 8 xal olan "ay-ulduzlular" Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda mübarizəni davam etdirmək üçün mütləq latışları məğlub etməliydi. Türklər bu tapşırığın öhdəsindən gələ bilməyiblər. Qarşılaşmanın 77-ci dəqiqəsində hesabda önə keçən "ay-ulduzlular" son dəqiqədə buraxdıqları qolla 3 xalı əldən veriblər.

Bu qrupda keçirilən digər oyunda isə Hollandiya evdə İslandiyaya minimal hesabla uduzub. Bu komandalar arasında İslandiyada keçirilmiş ilk oyun da islandların qələbəsiylə nəticələnmişdi.

AÇ-2016, seçmə mərhələ

3 sentyabr

A qrupu

23:45 Türkiyə - Latviya 1:1

Selçuk İnan, 77 - Sabala, 91.

Hollandiya - İslandiya 0:1

Siqurdsson, 51-p.

23:45 Çexiya - Qazaxıstan 2:1

Şkoda, 74; 86 - Loqvinenko, 21.

1. İslandiya - 18 (7), 2. Çexiya - 16 (7), 3. Hollandiya - 10 (7), 4. Türkiyə - 9 (7), 5. Latviya - 4 (7), 6. Qazaxıstan - 1 (7).

B qrupu

23:45 Belçika - Bosniya və Herseqovina 3:1

Fellaini, 23. De Bruyne, 44. Hazard, 78-p - Dzeko, 15.

23:45 Kipr - Uels 0:1

Beyl, 82.

23:45 İsrail - Andorra 4:0

Zahavi, 3. Bitton, 22. Hemed, 26-p. Dabbur, 38.

1. Uels - 17 (7), 2. Belçika - 14 (7), 3. İsrail - 12 (7), 4. Kipr - 9 (7), 5. Bosniya və Herseqovina - 8 (7), 6. Andorra - 0 (7).

H qrupu

21:00 Azərbaycan - Xorvatiya 0:0

23:45 Bolqarıstan - Norveç 0:1

Forren, 57.

23:45 İtaliya - Malta 1:0

Pelle, 69.

1. İtaliya - 15 (7), 2. Xorvatiya - 14 (7), 3. Norveç - 13 (7), 4. Bolqarıstan - 8 (7), 5. Azərbaycan - 5 (7), 6. Malta - 1 (7).

Qeyd: UEFA Xorvatiyanın hesabından 1 xal çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm