Azərbaycan Avstriyaya qarşı - Canlı yayımlanacaq
Bizi izləyin

İdman

Azərbaycan Avstriyaya qarşı - Canlı yayımlanacaq

21 yaşadək futbolçulardan ibarət yığmamız bu gün AÇ-2017-nın seçmə mərhələsi çərçivəsində Avstriyanı qəbul edəcək.

Publika.az xəbər verir ki, “Dalğa Arena”da keçiriləcək matç saat 19:00-da start götürəcək.

Bu, millimizin cari seçmə mərhələdə keçirəcəyi ikinci oyundur. Millimiz ilk matçda səfərdə Farer adalarını 1:0 hesabıyla məğlub etmişdi.

Azərbaycan - Avstriya oyunu CBC kanalı vasitəsiylə canlı yayımlanacaq. Saat 19:00-da başlayacaq qarşılaşma Ailə TV, Connect TV və KATV1 kabel televiziyalarında da tamaşaçılara təqdim ediləcək.

AÇ-2017, seçmə mərhələ, U-21

4 sentyabr

19:00 Azərbaycan - Avstriya

Baş hakim: Denis Şerbakov.

Baş hakimin köməkçiləri: Andrey Getikov, Yevgeni Romanov.

Dördüncü hakim: Vadim Pançanka (Hakimlər briqadası Belarusdandı).

UEFA nümayəndəsi: Bakar Jordaniya (Gürcüstan).

Hakim-inspektor: Viktor Mintoff (Malta).

Bakı. "Dağla Arena" stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm