İngilis futbolçu “Ginnesin rekordlar kitabı”na düşdü
Bizi izləyin

İdman

İngilis futbolçu “Ginnesin rekordlar kitabı”na düşdü

"Nyu-York Siti"nin yarımmüdafiəçisi Frenk Lempard "Ginnesin rekordlar kitabı"na düşüb.

Publika.az xəbər verir ki, Lempard bu uğura İngiltərə Premyer Liqasının 2014/15 mövsümündə keçmiş klubu "Çelsi"nin qapısına vurduğu qolla imza atıb. Frenk bu qolu "Mançester Siti"nin şərəfini qoruyarkən vurmuşdu.

O, bu qolla "Mançester Yunayted"in və İngiltərə yığmasının keçmiş futbolçusu Endi Koulun rekordunu qırıb. Lempard "Çelsi"ylə oyunda fərqlənməklə 39 müxtəlif komandanın qapısına yol tapmış olub.

Artıq "Ginnesin rekordlar kitabı"nın əməkdaşları bu rekordu qeydə alıblar. Rekord sentyabrın 10-da rəsmən kitaba daxil ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm