İdman
Almaniya qalib gəldi, Yunanıstan uduzdu
"Avro-2016"nın seçmə mərhələsində VII turun oyunları davam edir.
D, F və İ qrupunda oyunlar keçirilib.
D qrupunun mərkəzi qarşılaşması Almaniyada baş tutub. Burada Almaniya yığması Polşa ilə münasibətlərinə aydınlıq gətirib. Yoahim Lövün komandası qalib gələrək (3:1) liderliyə yüksəlib. Qrupun digər oyunlarında Şotlandiya səfərdə Gürcüstana uduzub – 0:1. İrlandiya millisi isə Cəbəllütariqi darmadağın edib – 4:0.
F qrupunda lider Rumıniya yığması bu tur səfərdə Macarıstanın qonağı olub. Görüşdə hesab açılmayıb. Qrup ikincisi Şimali İrlandiya millisi isə səfərdə Farer adaları ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb. Digər görüşdə autsayderlər Yunanıstan və Finlandiya yığmaları üz-üzə gəlib. Qarşılaşma skandinaviyalıların qələbəsi ilə başa çatıb – 1:0.
İ qrupunda eyni xala malik (10) Danimarka və Albaniya yığmaları
üz-üzə gəlib. Matçda qapılara qol vurulmayıb. Albaniya ilə görüşdə
baş verən məlum qalmaqala görə 3 xalı silinən Serbiya yığması bu
tur evdə Ermənistanla qarşılaşıb və rəqibini məğlub edib – 2:0.
Qrupun hazırkı lideri Portuqaliya millisi isə bu tur istirahət
edəcək.
qol.az
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı