İngiltərə AÇ-2016-ya vəsiqəni təmin etdi
Bizi izləyin

İdman

İngiltərə AÇ-2016-ya vəsiqəni təmin etdi

AÇ-2016-nın seçmə mərhələsinin C, E və G qruplarında növbəti oyunlar keçirilib.

Publika.az xəbər verir ki, günün ən maraqlı oyunlarından biri Moskvada baş tutub. Burada qrupda 3-cü pillədə qərarlaşmış Rusiya millisi 2-ci pillədəki İsveçi minimal hesabla məğlub edərək, aradakı xal fərqini birə endirib.

Bu qrupda baş tutan digər oyunda Avstriya Moldovayla qarşılaşıb. Avstriya evdə moldovalılara 1:0 hesabıyla qalib gələrək, liderliyini möhkəmlədib.

G qrupunda isə İspaniya ilk oyunda 1:2 hesabıyla məğlub olduğu lider Slovakiyanı qəbul edib. İspanlar Ovyedodakı görüşdə ilk oyundakı məğlubiyyətin əvəzini çıxmaqla yanaşı, qrupda liderliyi də ələ keçiriblər. Slovakiya cari seçmə mərhələdə keçirdiyi ilk 6 oyunun hamısında qalib gəlsə də, Ovyedoda qələbə seriyasını davam etdirə bilməyib - 0:2.

Səfərdə San-Marinonu 6:0 hesabıyla darmadağın edən İngiltərə millisi isə Sloveniyanın İsveçrəyə 2:3 hesabıyla məğlub olmasından sonra gələn il Fransada təşkil ediləcək qitə birinciliyinə vəsiqəni əldə ediblər.

AÇ-2016, seçmə mərhələ

5 sentyabr

C qrupu

21:00 Luksemburq - Makedoniya 1:0

Till, 92.

21:00 Ukrayna - Belarus 3:1

Kravets, 7. Yarmolenko, 30. Konoplyanka, 40-p - Kornilenko, 62-p.

Qırmızı vərəqə: Qarmaş (Ukrayna), 92.

23:45 İspaniya - Slovakiya 2:0

Xordi Alba, 5. İnyesta, 30-p.

1. İspaniya - 18 (7), 2. Slovakiya - 18 (7), 3. Ukrayna - 15 (7), 4. Belarus - 4 (7), 5. Luksemburq - 4 (7), 6. Makedoniya - 3 (7).

E qrupu

21:00 San Marino - İngiltərə 0:6

Runi, 13-p. Brolli, 30-avtoqol. Barkli, 46. Uolkott, 68; 78. Keyn, 77.

21:00 Estoniya - Litva 1:0

Vasilyev, 71.

23:45 İsveçrə - Sloveniya 3:2

Drmiç, 80; 94. Stoker, 84 - Novakoviç, 45. Sezar, 48.

1. İngiltərə - 21 (7), 2. İsveçrə - 15 (7), 3. Estoniya - 10 (7), 4. Sloveniya - 9 (7), 5. Litva - 6 (7), 6. San Marino - 1 (7).

G qrupu

21:00 Rusiya - İsveç 1:0

Dzyuba, 38.

23:45 Avstriya - Moldova 1:0

Yunusoviç, 52.

23:45 Monteneqro - Lixtenşteyn 2:0

Bekiray, 38. Yovetiç, 56.

1. Avstriya - 19 (7), 2. İsveç - 12 (7), 3. Rusiya - 11 (7), 4. Monteneqro - 8 (7), 5. Lixtenşteyn - 5 (7), 6. Moldova - 2 (7).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm