• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bu gün Avropada “qırğın” olacaq

  • İdman
  • 6 Sentyabr 2015 20:18
  • 449 Baxış
Bu gün Avropada “qırğın” olacaq

Bu gün AÇ-2016-nın seçmə mərhələsində 8-ci tura start veriləcək.

Publika.az xəbər verir ki, ilk oyun günündə 3 qrupda 9 görüş keçiriləcək.

Azərbaycan millisinin Malta ilə qarşılaşmasından əlavə, H qrupunda Norveç Xorvatiyanı, İtaliya isə Bolqarıstanı sınağa çəkəcək.

A qrupunda Türkiyə - Hollandiya matçı da az önəm kəsb etməyəcək. "Ay-ulduzlular" qələbə qazana bilməsələr, final mərhələsinə birbaşa vəsiqə verən ilk 2 pillədən əllərini üzəcəklər. İslandiya və Çexiya isə müvafiq olaraq, Qazaxıstanla Latviyanı yenəcəkləri təqdirdə, birbaşa vəsiqələri təmin edəcəklər.

B qrupunda isə Uels - İsrail görüşü diqqət mərkəzində olacaq. Britaniyalılar qələbə qazansalar, İngiltərədən sonra Böyük Britaniyanın ikinci təmsilçisi kimi Fransaya vəsiqəyə sahib çıxacaqlar. Bu qrupda Kipr - Belçika, eləcə də Bosniya və Herseqovina - Andorra qarşılaşmalarının nəticələri də turnir cədvəlində əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər.

AÇ-2016, seçmə mərhələ

6 sentyabr

A qrupu

21:00 Latviya - Çexiya

21:00 Türkiyə - Hollandiya

23:45. İclandiya - Qazaxıstan

1. İslandiya - 18 (7), 2. Çexiya - 16 (7), 3. Hollandiya - 10 (7), 4. Türkiyə - 9 (7), 5. Latviya - 4 (7), 6. Qazaxıstan - 1 (7).

B qrupu

21:00 Uels - İsrail

23:45 Bosniya və Herseqovina - Andorra

23:45 Kipr - Belçika

1. Uels - 17 (7), 2. Belçika - 14 (7), 3. İsrail - 12 (7), 4. Kipr - 9 (7), 5. Bosniya və Herseqovina - 8 (7), 6. Andorra - 0 (7).

H qrupu

21:00 Malta - Azərbaycan

21:00. Norveç - Xorvatiya

23:45. İtaliya - Bolqarıstan

1. İtaliya - 15 (7), 2. Xorvatiya - 14 (7), 3. Norveç - 13 (7), 4. Bolqarıstan - 8 (7), 5. Azərbaycan - 5 (7), 6. Malta - 1 (7).

Qeyd: UEFA Xorvatiyanın hesabından 1 xal çıxıb

Xəbər lenti

DAHA ÇOX XƏBƏR