Aqolli Ronaldoya qarşı, irlandlar növbəti tarixi yazmağa hazırlaşır
Bizi izləyin

İdman

Aqolli Ronaldoya qarşı, irlandlar növbəti tarixi yazmağa hazırlaşır

Bu gün AÇ-2016-nın seçmə mərhələsinin D, F və İ qruplarında növbəti oyunlar keçiriləcək.

Publika.az xəbər verir ki, günün ən maraqlı oyunlarından biri Albaniyada baş tutacaq. Burda "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin də şərəfini qoruduğu Albaniya millisi Portuqaliyanı qəbul edəcək. Bu komandalar arasında Portuqaliyada baş tutmuş ilk oyun albanların minimal hesablı qələbəsiylə nəticələnmişdi. Aqollinin komandası portuqaliyalılara evdə də qalib gələcəyi təqdirdə, AÇ-nin final mərhələsinə doğru böyük addım atmış olacaq.

Digər maraqlı oyun isə F qrupunda baş tutacaq. Burda heç kimin gözləmədiyi halda liderliyə yüksələn Şimali İrlandiya 3-cü pillədə qərarlaşmış Macarıstanı qəbul edəcək. İrlandlar evdə keçirəcəyi oyunu qələbəylə başa vuracağı halda, seçmə mərhələnin sonuna iki tur qalmış gələn il Fransada təşkil ediləcək qitə birinciliyinə vəsiqə əldə etmiş olacaq.

Keçən həftə səfərdə qrupun autsayderlərindən Gürcüstan millisinə məğlub olan (0:1) Şotlandiya isə AÇ iddialarını davam etdirmək üçün evdə son dünya çempionu Almaniya yığmasını məğlub etməlidir.

AÇ-2016, seçmə mərhələ

7 sentyabr

D qrupu

23:45 Polşa - Cəbəllütariq

23:45 Şotlandiya - Almaniya

23:45 İrlandiya - Gürcüstan

1. Almaniya - 16 (7), 2. Polşa - 14 (7), 3. İrlandiya - 12 (7), 4. Şotlandiya - 11 (7), 5. Gürcüstan - 6 (7), 6. Cəbəllütariq - 0 (7).

F qrupu

23:45 Finlandiya - Farer adaları

23:45 Rumıniya - Yunanıstan

23:45 Şimali İrlandiya - Macarıstan

1. Şimali İrlandiya - 16 (7), 2. Rumıniya - 15 (7), 3. Macarıstan - 12 (7), 4. Finlandiya - 7 (7), 5. Farer adaları - 6 (7), 6. Yunanıstan - 2 (7).

İ qrupu

21:00 Ermənistan - Danimarka

23:45 Albaniya - Portuqaliya

1. Portuqaliya - 12 (5), 2. Danimarka - 11 (6), 3. Albaniya - 11 (5), 4. Serbiya - 1 (6), 5. Ermənistan - 1 (6).

Qeyd: Albaniyayla oyunda yaşanmış hadisələrə görə, Serbiyanın hesabından 3 xal çıxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm