• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Gimnastikadakı uğurumuz göz deşir – Növbəti haqsızlıq

  • İdman
  • 7 Sentyabr 2015 15:59
  • 334 Baxış
Gimnastikadakı uğurumuz göz deşir – Növbəti haqsızlıq

Son illər azərbaycanlı gimnastların və ölkənin Gimnastika Federasiyasının uğurları bir çoxlarını narahat edir. Azərbaycan idmançıları dəfələrlə qeyri-obyektiv hakimliklə qarşılaşıblar.

Növbəti haqsızlıq Almaniyanın Ştutqart şəhərində keçirilən Dünya Çempionatından öncə azərbaycanlı hakim Natalya Bulanovanı 6 ay müddətinə oyunlardan uzaqlaşdıran Beynəlxalq Gimnastika Federasiyasının İntizam Komissiyası tərəfindən edilib.

Publika.az xəbər verir ki, bu barədə 2015-ci il sentyabrın 4-ü Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytında dərc olunub. Məlumata görə, bu təşkilatın İntizam Komissiyası Azərbaycanın Bədii gimnastika üzrə hakimi Natalya Bulanovaya qarşı sanksiya tətbiq edib. Sanksiyaya əsasən, N.Bulanova növbəti 6 ay ərzində beynəlxalq yarışlarda iştirak edə bilməyəcək.

N.Bulanova hazırda Ştutqartdadır. Ertəsi gün bu şəhərdə bədii gimnastika üzrə Dünya Çempionatının yarışları başlayacaq.

O, Ştutqartda turist kimi qalıb və yarışları tamaşaçı tribunalarından izləyə bilir. N.Bulanovanın bu qərardan nümayəndə heyətinin Ştutqarta rəsmi səfərindən bir gün əvvəl xəbəri olub. (Trend)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR