• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Yeyiblər, vicdansızcasına yeyiblər - 500 min dollar rüşvət

  • İdman
  • 8 Sentyabr 2015 19:28
  • 541 Baxış
Yeyiblər, vicdansızcasına yeyiblər - 500 min dollar rüşvət

13-cü dünya çempionu Harri Kasparovla Beynəlxalq Şahmat Federasiyasının (FİDE) sabiq baş katibi İqnatius Leonq təşkilatın mənəvi kodeksini pozmaqda günahkar biliniblər.

Publika.az xəbər verir ki, bu barədə FİDE-nin Etika Komissiyası qərar qəbul edib. Qərarda deyilir.

- Şəxs və ya təşklilat şahmat partiyasının, yaxud FİDE-də hər hansı vəzifəyə seçkinin nəticəsinə təsir etməkdən ötrü birbaşa, yaxud dolayısı ilə rüşvət təklif etdikdə, rüşvət götürdükdə kodeks pozulmuş sayılır

Qeyd edək ki, söhbət ötənilki FİDE prezidenti seçkisindən gedir. Həmin vaxt Harri Kasparov İqnasius Leonqa 500 min dollar ödəyib. Anlaşmaya əsasən, İ.Leonq Asiya qitəsi üzrə federasiyalardan H.Kasparovun 10+1 sayda səsini təmin etməli imiş. Amma dünya çempionu seçkidə uduzub. FİDE prezidenti postuna isə Kirsan İlümjinov yenidən seçilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR