Qara magiyanın toruna düşənlər – Həyat yoldaşınla yatağa girə bilməzsən
Bizi izləyin

İdman

Qara magiyanın toruna düşənlər – Həyat yoldaşınla yatağa girə bilməzsən

Azərbaycanda caduya inananların, falçıların yanına üz tutanların sayı yetərincədir. Müxtəlif təbəqəyə məxsus olan insanların inandıqları falçılar var. Onlar elə zənn edirlər ki, bu falçıların vasitəsilə həyatda uğur qazana bilərlər. Amma təkcə azərbaycanlılar belə düşünmürlər. Dünyanın müxtəlif ölkələrində cadugərlər fəaliyyət göstərirlər. Bizimkilər onların məşhurluğu ilə müqaysəyə belə gəlmirlər. Onlara müraciət edən şəxslər də adlı-sanlıdırlar. Dünyanın ən məşhur cadugərləri, heç şübhəsiz, Afrikada fəaliyyət göstərirlər.

Publika.az xəbər verir ki, Avropada top qovan Afrikanın bir sıra məşhur futbolçuları qara magiyadan yararlanırlar.

Bu barədə Kiyev “Dinamo”sunun və “Vest Bromviç”in keçmiş futbolçusu Braun İdeye danışıb. O bildirib ki, afrikalı futbolçular üçün qara magiyaya müraciət etmək adi haldır.

“Mən futbolçular tanıyıram ki, onlar cadugərlərin qarmağına ilişiblər və tilsimli amulet daşıyırlar. Bu, tələdir. Futbolçular yaxşı gələcək, uğurlu karyera üçün cadugərlərə böyük miqdarda vəsait ödəyirlər. Cadugərlər futbolçuları yaxşı gələcəklə təmin edə biləcəklərinə inandırırlar. Amma onlar başa düşmürlər ki, cadugərlərin dedikləri olsaydı, onda Messi və Ronaldo yox, afrikalı futbolçular dünyanın ən yaxşısı olardı. Mən bu barədə həmin futbolçularla bir neçə dəfə söhbət etmişəm. Onlara məsləhət gördüm ki, bu yolla getməsinlər. Ancaq seçim onların özünə məxsusdur”.

Afrikalı futbolçulardan birinin həyat yoldaşı adının çəkilməməsi şərtilə, bu barədə danışmağa razı olub. O, “The Sun” nəşrinə bildirib ki, həyat yoldaşı hər ay cadugərə min funt sterlinq ödəyir:

“Bəzi afrikalı futbolçular üçün tilsimli amulet məşqçidən də üstün amildir. Cadugər mənim həyat yoldaşıma “futbol oynama” desə, o bir daha topa toxunmaz. Cadugərliklə məşğul olan bir çox şarlatanlar var ki, bahalı avtomobillərdə və villalarda yaşayırlar. Ancaq əsl cadugər su və elektrik enerjisi olmayan daxmada yaşayır”.

Britaniya nəşri belə cadugərlərdən biri ilə əlaqə saxlaya bilib. Marabut Deqla adlı cadugər Benində yaşayır. Deqla bir sıra məşhur futbolçuların ona müraciət etdiyini təsdiqləyib. O bildirib ki, qara magiya futbolçulara ən yaxşı bombardir olmaqda və ən yaxşı futbolçu adına iddia etməkdə yardım edə bilər. Onun məşhur rituallarından biri Trupkeka Milika adlanır. Onu həyata keçirmək üçün cadugərə 460 funt ödəmək lazımdır:

“Ritual 9 gün davam edir. Bu müddətdə siz həyat yoldaşınızla yatağa girə bilməzsiniz. Yatdığınız çarpayı isə ağ sarğı ilə əhatələnməlidir”.

Cadugər bildirib ki, bu qiymətə qara magiyadan qorunmanın da haqqı daxildir.

“The Sun” bildirir ki, ötən mövsüm qara magiya ilə məşğul olan bir nəfər İngiltərə klublarından birinə müraciət edərək, 50 min funt tələb edib. O, bildirib ki, pul ödənilməyəcəyi təqdirdə, komandanı lənətləyəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm