Avstriya da Fransaya gedən “karvan”a qoşuldu
Bizi izləyin

İdman

Avstriya da Fransaya gedən “karvan”a qoşuldu

Dünən gecə AÇ-2016-nın seçmə mərhələsinin C, E və G qruplarında keçirilən növbəti oyunlardan sonra final mərhələsinə vəsiqə qazananların sırasına Avstriya da qoşuldu.

Publika.az xəbər verir ki, İsveçin qonağı olan avstriyalılar özünü ev sahibi kimi apararaq böyükhesablı qələbə qazandı. Bununla xallarının sayını 22-yə çatdıran Avstriya həm Fransadakı qitə birinciliyinə vəsiqəni, həm də qrup liderliyini təmin edib.

Qrupdakı əsas rəqiblərindən olan İsveçin evdə məğlub olmasından istifadə edən ruslar isə səfərdə Lixtenşteynin daşını daş üstə qoymayaraq, birbaşa vəsiqəyə imkan verən 2-ci pilləni ələ keçirib.

Estoniya Sloveniyaya məğlub olaraq AÇ-yə vəsiqə üçün pley-off oyunlarına qatılmaq imkanı verən 3-cü pilləni təhvil verib.

AÇ-2016, seçmə mərhələ

8 sentyabr

C qrupu

23:45 Makedoniya - İspaniya 0:1

Xuan Mata, 8.

23:45 Slovakiya - Ukrayna 0:0

23:45 Belarus - Luksemburq 2:0

Qordeçuk, 34; 62.

1. İspaniya - 21 (8), 2. Slovakiya - 19 (8), 3. Ukrayna - 16 (8), 4. Belarus - 7 (8), 5. Luksemburq - 4 (8), 6. Makedoniya - 3 (8).

E qrupu

23:45 İngiltərə - İsveçrə 2:0

Keyn, 67. Runi, 84-p.

23:45 Sloveniya - Estoniya 1:0

Beriç, 63.

23:45 Litva - San Marino 2:1

Çerniş, 7. Spalvis, 92 - Vitaioli, 55.

Qırmızı vərəqə: Arlauskis , 50 - Çiarutsi, 88.

1. İngiltərə - 24 (8), 2. İsveçrə - 15 (8), 3. Sloveniya - 12 (8), 4. Estoniya - 10 (8), 5. Litva - 9 (8), 6. San Marino - 1 (8).

G qrupu

23:45 İsveç - Avstriya 1:4

İbrahimoviç, 91 - Alaba, 9-p. Harnik, 38; 88. Yanko, 77.

23:45 Lixtenşteyn - Rusiya 0:7

Dzyuba, 21; 45; 73; 85; 90. Kokorin, 40-p. Smolov, 77.

Qırmızı vərəqə: Kaufmann (Lixtenşteyn), 40.

23:45 Moldova - Monteneqro 0:2

Saviç, 9. Bekiray, 65.

1. Avstriya - 22 (8), 2. Rusiya - 14 (8), 3. İsveç - 12 (8), 4. Monteneqro - 11 (8), 5. Lixtenşteyn - 5 (8), 6. Moldova - 2 (8).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm