• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Robert Azərbaycandan gedir?

  • İdman
  • 9 Sentyabr 2015 14:39
  • 798 Baxış
Robert Azərbaycandan gedir?

Millimizin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına maraqlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, AÇ-2016-nın seçmə mərhələsində millimizlə heç-heçə edib, Norveçə uduzan Xorvatiya yığmasında baş məşqçi istefası gözlənilir. "Sükan arxasında" olan Niko Kovaçın tezliklə istefaya göndəriləcəyi gündəmdədir.

Məsələ burasındadı ki, Prosineçkinin adı da Xorvatiya millisinə namizədlər arasında çəkilir. Xorvat mütəxəssis bu məsələyə də aydınlıq gətirib:

"Məni Xorvatiya millisinin "sükanı arxasında" görmək istəyənlərə təşəkkür edirəm. Lakin Azərbaycandan ayrılmaq haqda düşünmürəm. Azərbaycan millisiylə hələ iki illik müqaviləm var. Orda mənə yaradılan şəraitdən razıyam. Onlar da mənim gördüyüm işdən, nəticələrdən narazı deyil.

Xorvatiya millisini çalışdırmağı kim istəməz ki? Lakin dediyim kimi, mən Azərbaycanda çalışıram və ordan getmək haqda düşünmürəm. Həm də hələ Niko Kovaç komandanın "sükanı arxasındadır".

Məncə, Xorvatiya Futbol Federasiyasının rəhbərliyi ən doğru qərarı qəbul edəcək. Mən isə öz işimə davam edirəm".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR