AFFA rəsmiləri məcburi köçkün uşaqlarla görüşdü
Bizi izləyin

İdman

AFFA rəsmiləri məcburi köçkün uşaqlarla görüşdü

Oğuz rayonunda məskunlaşan Laçın və Kəlbəcərdən olan qaçqın və məcburi köçkün düşmüş ailələrin uşaqları, eləcə də Oğuz rayonundan olan uşaqlarla Azərbaycanda 2002-ci ildən həyata keçirilən “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində görüş keçirilib.

Publika.az xəbər verir ki, görüşdə AFFA-nın I vitse prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev də iştirak edib.

Tədbirin keçirilməsində məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək olub. Uşaqlara müxtəlif idman ləvazimatları paylanıb. Sonda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.

Bu tədbirin digər bölgələrdə də keçirilməsi nəzərdə tutulur. (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm