Namiq Əliyev: “Təəssüf ki, Rövşən ciddi zədə aldı”
Bizi izləyin

İdman

Namiq Əliyev: “Təəssüf ki, Rövşən ciddi zədə aldı”

ABŞ-ın Las Veqas şəhərində keçirilən güləş üzrə dünya çempionatında ilk iki günün yekunları barədə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev danışıb.

Publika.az N.Əliyevin federasiyanın rəsmi saytına verdiyi açıqlamanı təqdim edir:

“Hesab edirəm ki, bundan da yaxşı çıxışlar olacaq. Hər dəfə dünya çempionu verməyin özü böyük uğurdur. Sevinirik ki, bizim dünya çempionumuz və dünya çempionatının gümüş medalçısı var. Rəsul doğrudan da çox gözəl güləş nümayiş etdirdi. Çunayev bir daha sübut etdi ki, yaxşı güləşçidir. Onun kimi idmançılara ehtiyacımız var. İnanırıq ki, Rəsul Olimpiadada da özünü göstərəcək. Rövşən isə çox ciddi zədə aldı. Biz istəyirdik ki, onu zədəsinə görə heç final oyunlarına buraxmayaq. Ancaq özü dedi ki, yox çıxıb güləşəcəm, özümü normal hiss edirəm. O, indi həkim nəzarətindədir. Yarasına tikiş qoyulub. Rövşənin qalib gəldiyi idmançılar dünya və olimpiya çempionları idi. Onların hamısını uddu. Rövşən də çox güclü güləş nümayiş etdirdi. Ancaq aldığı zədə imkan vermədi ki, o var gücü ilə finalda güləşsin.

Mariya Stadnik də güləşir. Ona da həmişə böyük ümidlərimiz var. Və digər xanım güləşçilərimiz var ki, onlara da inanırıq. İndi siz özünüz də baxsanız görəcəksiz ki, təşkilatçılıqda çox böyük problemlər var. Bu da hazırda güləşən idmançılara təsir edir. Bunu tək bizim yox, bütün nümayəndə heyətindən eşitmək olur. Onların çoxu bizim dediyimizi deyir. Hələ hər şey qarşıdadır. Yeni başlamışıq. Kifayət qədər idmançılarımızın potensialları var. Hesab edirəm ki, sərbəst güləşçilərimiz də bizi sevindirəcək. Amerika kimi yerdə bayrağımızı qaldırıb, himnimizi səsləndirmək çox önəmlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm