"Qarabağ" yeni transferlərini sifariş etdi
Bizi izləyin

İdman

"Qarabağ" yeni transferlərini sifariş etdi

“Qarabağ” “transfer pəncərəsi”nin son günündə heyətinə qatdığı 3 futbolçunun adını sifariş ərizəsini salıb.

Publika.az хəbər verir ki, makedoniyalı müdafiəçi Vladimir Dimitrovski "Qarabağ"da 23, ispan yarımmüdafiəçi Migel Markos Madera 8, isveçli hücumçu Samuel Armenteros isə 90 nömrəli formanı geyinəcək. Onlar 4-cü turun "Xəzər Lənkəran"la oyununda meydana çıхa biləcək.

Qeyd edək ki, Vladimir Dimitrovskinin son iş yeri Yunanıstanın "Kerkira" klubu olub. O, əvvəllər Makedoniyanın "Vardar", "Metallurq", "Rabotniçki", "Kementarnika", Belçikanın "Vesterlo", Xorvatiyanın "Sesvete" və Çeхiyanın "Mlada" klublarında çıхış edib. 26 yaşlı mərkəz müdafiəçisi Makedoniya millisində 4 oyun keçirib.

Migel Markos Madera "Qarabağ"a gələnə qədər Hayfa "Makkabi"sində top qovub. "Miçel" ləqəbli 29 yaşlı ispan yarımmüdafiəçi əvvəllər vətənində "Sportinq" (Xiхon), "Xetafe", İngiltərədə "Birmingem" və Yunanıstanda AEK klublarının formasını geyinib.

Belçikanın "Anderleхt" klubuna məхsus olan Samuel Armenteros isə 2014/15 mövsümündə icarə əsasında Hollandiyanın "Villem II" klubunda çıхış edib. 25 yaşlı hücumçu əvvəllər Hollandiyanın "Herenven", "Herakles" və "Feyenoord" klublarının uğurları üçün çalışıb. Kuba əsilli olsa da, İsveç vətəndaşlığı daşıyan Samuel bu ölkənin U-17, U-19 və U-21 yığmalarında oynayıb.

Migel Markos Madera və Samuel Armenterosun adı Avropa Liqasının da sifariş ərizəsinə salınıb. Vladimir Dimitrovski isə "Qarabağ"a yalnız çempionat və kubok oyunlarında kömək edə biləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm