Elman Rüstəmov: “Burada əsl idman mübarizəsinin baş tutmasını gözləyirik”
Bizi izləyin

İdman

Elman Rüstəmov: “Burada əsl idman mübarizəsinin baş tutmasını gözləyirik”

Sabah Bakıda start götürəcək Şahmat üzrə Dünya Kuboku münasibətilə mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, “Fairmont Hotel”də təşkil edilən konfransda Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, gənclər və idman naziri Azad Rəhimov, həmçinin FİDE-nin rəhbəri Kirsan İlümjinov da iştirak edib.

AŞF-nın prezidenti Elman Rüstəmov Bakıda keçiriləcək Dünya Şahmat Kubokunun təşkili haqda bunları deyib:

"Azərbaycan Şahmat Federasiyası Dünya Şahmat Kubokunun Bakıda ən yüksək səviyyədə keçirilməsi üçün hər şeyi edib. İdmançılarımız bu yarışmaya yaxşı hazırlaşıblar və ümid edirik ki, idmançılarımız uğurla çıxış edəcəklər. İdmançılarımızdan gözləntilərimiz böyükdür”.

O qeyd edib ki, son illərdə Azərbaycan şahmatçılarının beynəlxalq turnirlərdə qazandığı uğurlar hamıya məlumdur: “Bu gün güclü komandamız, güclü oyunçularımız var. Burada əsl idman mübarizəsinin baş tutmasını gözləyirik”.

E.Rüstəmov əlavə edib ki, turnirdə dünyanın ən yüksək reytinqli şahmatçıları iştirak edir.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov da Azərbaycanda güclü şahmatçıların yetişdiyini bildirib və idmançılarımızdan yarışmalarda yüksək nəticələr gözlədiyini diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm