“İnter” “Qalatasaray”ın liderini də aparmaq istəyir
Bizi izləyin

İdman

“İnter” “Qalatasaray”ın liderini də aparmaq istəyir

“İnter” deyəsən “Qalatasaray”ın heyətini zəiflətməyi qarşısına məqsəd qoyub.

Publika.az xəbər verir ki, mövsümlərarası dövrdə Felipe Melonu sıralarına qatan Milan klubu “Cim-Bom”un daha bir futbolçusuna elçi düşüb.

Danışıqlar baş tutsa, İstanbul klubunun lideri Uesli Sneyder yeni ildən A seriyasında top qovacaq. Hazırda Holland yarımmüdafiəçinin “Aslanlar”la müqaviləsinin müddəti 2016-cı ilin yayında başa çatacaq.

Tərəflər arasında danışıqların ilkin mərhələsi başlayıb. “Qalatasaray” Sneyderi 15 milyon avro müqabilində buraxmağa hazırdı. Görək italyanlar bununla razılaşacaqmı?

Bu keçidi daha çox “İnter”in baş məşqçisi Roberto Mançini istəyir. Əlbəttə, italyan mütəxəssis vaxtilə rəhbərliyi altında oynayan Sneyderin istedadına bələddir.

Ötən mövsüm Uesli 44 oyunda meydana çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə edib.

2009-2013-cü illərdə “İnter”in formasını geyinən yarımmüdafiəçi 76 oyunda 13 qolla yadda qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm