Boksçularımız dünya çempionatında 2 medalı təmin etdi
Bizi izləyin

İdman

Boksçularımız dünya çempionatında 2 medalı təmin etdi

Rusiyanın Sankt Peterburq şəhərində boks üzrə yeniyetmələr arasında keçirilən dünya çempionatında yarımfinalçıların adına aydınlıq gəlib.

Publika.az-ın məlumatına görə, Azərbaycanın 2 boksçusu Orxan Həsənov (54 kq) və Məhəmməd Abdullayev (81 kq) 1/4 finalda qalib gəlib. Bununla da boksçularımız ən azı bürünc medalları özlərinə təmin edib.

Qeyd edək ki, Həsənov Almaniya boksçusu Nik Bieri 2:1 hesabı ilə məğlub edib. O, yarımfinalda ABŞ təmsilçisi Mark Kastro ilə qarşılaşacaq.

Məhəmməd Abdullayev isə 1/4 finalda ABŞ təmsilçisi Riçard Torres üzərində qələbə qazanıb – 3:0. O, Rusiya idmançısı Dmitri Fominlə qarşılaşacaq.

Yeniyetmələr arasında Avropa çempionu Bəxtiyar Qazıbəyov isə yarımfinala vəsiqə uğrunda görüşdə kubalı Edel Akosta Qarsiyaya uduzub (1:2). 63 kq-da mübarizə aparan Sayad Lalayev isə qazaxıstanlı Aybol Jambirba ilə qarşılaşıb və uduzub.

Qeyd edək ki, dünya birinciliyi sentyabrın 12-də başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm