Azərbaycan millisi qrup lideri oldu
Bizi izləyin

İdman

Azərbaycan millisi qrup lideri oldu

Binə Atçılıq Mərkəzində Polo üzrə Avropa çempionatı davam edir.

Publika.az xəbər verir ki, bu gün 4-cü tura start veriləcək. Yarışın bu mərhələsi əvvəlki 3 turda olduğu kimi qapalı manejdə deyil, açıq havada, yaşıl örtüklü meydanda keçiriləcək.

Bu gün ilk olaraq meydana Azərbaycan və İsveçrə komandaları çıxacaqlar. Görüş saat 17:00-da başlayacaq. Saat 18:00-da isə İtaliya komandası Almaniya poloçuları ilə üz üzə gələcək. 4-cü turda keçiriləcək son oyun saat 19:15-ə təsadüf edəcək. Meydana İrlandiya və İspaniya komandaları çıxacaqlar.

Qeyd edək ki, 3 turdan sonra Azərbaycan seçmə komandası yüz faizlik nəticə ilə turnir cədvəlinə liderlik edir. İkinci pillədə İspaniya, üçüncü pillədə isə Almaniya komandaları qərarlaşıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm