Atalığı azərbaycanlı olan futbolçu Premyer Liqada!
Bizi izləyin

İdman

Atalığı azərbaycanlı olan futbolçu Premyer Liqada!

Transfer fəaliyyətini davam etdirən AZAL heyətinə daha iki futbolçu qatıb.

Publika.az xəbər verir ki, sonuncu dəfə Ukraynanın "Metallurq" (Donetsk) klubunun şərəfini qoruyan Hamid Yasin dünən "təyyarəçilər"lə anlaşıb.

22 yaşlı hücumçu iki il müddətində AZAL-da forma geyinəcək. Ukraynanın U-16, U-17 və U-18 milli komandalarının da formasını geyinən Yasin misir əsilli olsa da, onun ölkəmizlə də bağlılığı var. Belə ki, onun ögey atası azərbaycanlıdır.

Digər futbolçu isə gürcü Aleksandr Qurulidi. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Quruli, AZAL-la bir illik anlaşmaya imza atıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm