İsraildə futbol qadağan edildi
Bizi izləyin

İdman

İsraildə futbol qadağan edildi

İsrail Futbol Federasiyası şənbə günləri ölkə ərazisində futbol oyunlarının keçirilməməsilə bağlı qərar qəbul edib.

Publika.az xəbər verir ki, federasiya bu qərarı əmək münaqişələri üzrə məhkəmənin çıxardığı hökmdən sonra qəbul edib. Bir neçə futbolçu şənbə günləri futbol oynamaq istəmədiklərini əsas gətirərək, məhkəməyə müraciət etmişdi. Məhkəmə futbolçuların iddiasını təmin edib.

İsraildə şənbə günü işləmək qadağandır. Həmin gün işləyən müəssisələr iqtisadiyyat nazirliyinin xüsusi icazəsini almalıdır. İqtisadiyyat naziri Arye Deri futbolçulara müvafiq icazə verməkdən imtina edib.

Bundan sonra federasiya rəhbərliyi bütün liqalarda şənbə gününə planlaşdırılan oyunların təxirə salınması barədə qərar qəbul edib. Federasiya nazirlikdən rəsmi icazə ala bilməsə, bundan sonra şənbə günləri İsraildə futbol oyunları keçirilməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm