TƏƏSSÜF: Onları bir daha görməyəcəyik...
Bizi izləyin

İdman

TƏƏSSÜF: Onları bir daha görməyəcəyik...

Bu yay İtaliyanı xeyli ulduz futbolçu tərk etdi. Bəziləri xoşbəxtliyi başqa çempionatlarda axtarmağa yollandı, bəziləri rəhbərliklə yola getmədi, bəziləri də klubun maddi mənafeyinin qurbanı oldu.

Yəqin ki, italyan azarkeşlər onlar üçün çox darıxacaq.

Publika.az A seriyasını tərk edən ən tanınmış futbolçuların adlarını təqdim edir.

Adil Rami – Baş məşqçi Filippo İnzagiylə yola getmədiyi üçün “Sevilya”ya üz tutdu.

Stefan Saviç – “Nazik bığ” əfsanəsinin İtaliyayla heç bir əlaqəsi qalmadı.

Stefan Əl-Şaaravi – “Firon” A seriyasındakı ilk mövsümündə əməlli-başlı “fironluq edirdi”. Sonradan zədə onun planlarını pozdu. Bəs “Monako”da əvvəlki Əl-Şaaravini görə biləcəyikmi? Gözləyək...

Matteo Darmian – A seriyasında rəqiblər üçün keçilməz sədd yaradan Darmianın “Mançester Yunayted”ə transferi heç kimi təəccübləndirmədi. Amma o, bu keçidi hələ başlanğıc hesab edir.

Mateo Kovaçiç – “Real” bütün imkanlarını səfərbər edərək xorvatiyalı vunderkindi İtaliyadan “qaçıra” bildi. O, “İnter”in gələcək simvolu hesab olunurdu. Amma...

Arturo Vidal – Yəqin ki, turinli azarkeşlər uzun müddət onun yoxluğunu hiss edəcək. Vidal əsl döyüşçü idi. Meydanın hər qarışı uğrunda döyüşən əsgər idi. Vidalsız “Yuventus” mövsümə iki məğlubiyyətlə başlayıb. “Bavariya” isə 3 oyundan 9 xal toplayıb.

Karlos Teves – A seriyasını tərk edən daha bir ulduz. Onun yeri görünəcək. Xüsusən də “Yuventus”da. “Qoca sinyora”nın son illərdəki uğurlarında Tevesin xidmətləri böyükdür.

Andrea Pirlo – Teves üçün yazılanlar “Maestro”ya da aiddir. Pirlonun gedişiylə İtaliya futbolunun ləzzəti də itdi. Onun incə ötürmələri, ecazkar cərimə zərbələrini bir daha A seriyasında görməyəcəyik. Kədərlənməmək olmur...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm