Erməni şahmatçı: “Bakını gəzmək, şəhəri seyr etmək istəyirəm”
Bizi izləyin

İdman

Erməni şahmatçı: “Bakını gəzmək, şəhəri seyr etmək istəyirəm”

Bakıda keçirilən şahmat üzrə Dünya çempionatda iştirak etmək üçün paytaxtımıza gələn idmançılar arasında erməni şahmatçıları da var.

Publika.az Sportbox.az-a istinadən xəbər verir ki, erməni idmançıları artıq paytaxtdadır. Onlardan bəziləri turnirlə bağlı fikirlərini də bölüşüblər. Levon Aronyan yarışın gərgin keçəcəyini bildirərək, turniri qalib kimi başa vurmaq arzusunu dilə gətirib: “Rəqiblərim çox güclüdür. Onlar arasında azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da var. Mənə Bakı haqqında çox danışıblar. Məşqçilərim arasında bakılılar da var. Əgər imkan olsa şəhəri gəzmək, seyr etmək istərdim”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm