Dünya kubokunda QADAĞA: Şahmatçılar bir-bir yoxlanılacaq - BAKIDA
Bizi izləyin

İdman

Dünya kubokunda QADAĞA: Şahmatçılar bir-bir yoxlanılacaq - BAKIDA

Dünya Kubokunun ilk turundan əvvəl iştirakçı şahmatçılarla toplantı keçirilib.

Publika.az xəbər verir ki, turnirin FİDE rəsmiləri, eləcə də hakimlər şahmatçılara oyun zalına gələrkən mobil telefon, saat və qələm götürməməyi xahiş edib.

Məlumat verilib ki, şahmatçılar oyun zalına daxil olarkən yoxlanılacaq. Partiyalar başa çatandan sonra belə hakimlər istədikləri şahmatçını təkrar yoxlamaq hüququna malikdirlər.

Qeyd edək ki, şahmat yarışlarında kənar amillərin köməyindən istifadə olunmamaq üçün belə addımlar atılıb. FİDE hər bir şahmatçını qaydalar çərçivəsində mübarizə aparmağa çağırıb və onların yarış zamanı mobil telefon, digər cihazlardan istifadəsinə qadağa qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm