Millimiz Avropa çempionatının finalında
Bizi izləyin

İdman

Millimiz Avropa çempionatının finalında

Polo üzrə Azərbaycan milli komandası Avropa çempionatının final oyununa vəsiqəni təmin edib.

Publika.az xəbər verir ki, Binə Atçılıq Mərkəzində Polo üzrə Avropa çempionatında 4-cü turun görüşləri keçirilib. Yarışın bu mərhələsi əvvəlki 3 turda olduğu kimi qapalı manejdə deyl, açıq havada yaşıl örtüklü meydanda baş tutub.

İlk olaraq meydana Azərbaycan və İsveçrə komandaları çıxıblar. Görüş millimizin 11-6 hesablı qələbəsi ilə başa çatıb.

Ardınca İtaliya komandası Almaniya poloçuları ilə üz üzə gəlib. Qarşılaşmada Almaniya təmsilçisi 5:3 hesabı ilə qələbə qazanıb. 4-cü turda keçirilən son oyunda meydana İrlandiya və İspaniya komandaları çıxıblar. Bu dəfə sevinən tərəf İrlandiya millisi olub 8:6.

Beləliklə, 4 turdan sonra 100 faizlik nəticə göstərən Azərbaycan seçməsi ən pis halda ikinci yeri təmin edərək Avropa çempionatının final oyununa vəsiqə qazanıb.

Qeyd edək ki, bu gün keçiriləcək sonuncu 5-ci turda komandamız İspaniya seçməsi ilə qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq. Buna qədər isə saat 17:00-da meydana Almaniya və İsveçrə komandaları çıxacaqlar.

Avropa çempionatının 5-ci turuna saat 19:15-də start götürəcək İtaliya - İrlandiya oyunu ilə yekun vurulacaq. Avropa çempionatının finalı sentyabrın 12-də saat 20:30-da başlayacaq. Həlledici oyunda seçməmizin rəqibi 5-ci turun nəticələrinə əsasən bilinəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm