• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Müharibəni biz törətmişik, qaçqınları qəbul edin

  • İdman
  • 11 Sentyabr 2015 13:23
  • 692 Baxış
Müharibəni biz törətmişik, qaçqınları qəbul edin

“Mançester Yunayted”in və Fransa yığmasının keçmiş üzvü Erik Kantona Afrika və Yaxın Şərqdən Avropaya axın edən qaçqınlar barədə danışıb.

Publika.az xəbər verir ki, Kantona onların ev-eşiklərindən didərgin düşməsinə görə Avropa ölkələrini ittiham edib. O, bir neçə qaçqını öz evində yerləşdirməyə hazır olduğunu bildirib:

“Əlbəttə, qaçqınları öz evimdə qəbul etməyə hazıram. Ancaq yaxşı olardı ki, bunu 65 milyonluq Fransada hər kəs etsin. Bununla belə, hesab edirəm ki, ev-eşiyindən didərgin düşənlərin sayı daha artmayacaq.

Müharibəni biz törətmişik. İqtisadi maraqlarımıza görə. Bu müharibəyə görə insanlar yurd-yuvasından didərgin düşübsə, biz onları qəbul etməməliyik?”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR