İdman
Millət vəkili əminliklə danışdı – “8 lisenziya olacaq”
İdmançılarımız olimpiadaya vəsiqə qazanmaq üçün çalışır. Bunun üçün bir sıra beynəlxalq turnirlərdə güc sınağına çıxır, lisenziyanı təmin etməyə çalışırlar.
Həmçinin boksçularımızı da olimpiada öncəsi bir sıra sınaqlar gözləyir.
Boksçularımızın hazırkı durumu və hazırlıqları barədə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Əbiyev məlumat verib.
Publika.az-a danışan federasiya rəsmisi bu il olimpiadaya 8 idmançının lisenziya qazanacağını deyib:
“Boksçularımız bu yaxınlarda Avropa çempionatında yaxşı nəticə verdilər. İdmançılarımıza güvənirik. Mən hesab edirəm ki, ən azı 8 idmançımız olimpiya oyunlarına lisenziya qazanacaq. Deyərdim ki, bu olimpiadada qazanılacaq medallara ümid 2012-ci ildəkindən də yaxşıdır. Londondakı olimpiadada 2 bürünc medal qazanmışdıq. Düşünürəm ki, bu olimpiadada mütləq bürüncdən daha yuxarı – gümüş, qızıl olacaq. İdmançılarımız gəncdir, həm son illərdə daha da yüksək səviyyədə hazırlaşıblar”.
A.Əbiyev millinin tərkibində gənclərə də yer verildiyini açıqlayıb:
“Bir sıra beynəlxalq turnirlər keçirilir. Burada kim özünü yaxşı tərəfdən göstərsə, lisenziya əldə etsə, sözsüz ki, Rioya gedəcək. Bu yarışlara yeni və gənc idmançılardan da 3-4 nəfər qatılacaq. Onlardan da ola bilsin ki, 1-2-si olimpiadaya vəsiqə qazandı. Hər şey ola bilər”.
Aygün İlqarqızı
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı