İdman
Prosineçki Azərbaycanda nə qədər qazanır?
“Xorvatiya yığmasının baş məşqçisi vəzifəsində Robert Prosineçkini görmək istəyirlər. Ancaq onun Azərbaycan millisi ilə 2017-ci ilə qədər müqaviləsi var. Üstəlik, sözləşməsinin müddətini 2020-ci ilə qədər uzada bilər”.
Publika.az xəbər verir ki, bu sözləri Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker ölkəsinin mətbuatına açıqlamasında deyib.
Şuker Xorvatiya millisinin baş məşqçi vəzifəsinə namizədlər sırasında göstərilən yığmamızın çalışdırıcısı Robert Prosineçkinin Azərbaycandakı işindən ayrılacağına inanmadığını bildirib:
"Prosineçki Azərbaycanda ilinə 1,2 milyon avro qazanır. Bu məbləği biz ona verə bilmərik. Halbuki onun Xorvatiya yığmasında işləməsi üçün hər cür şərait var. Prosineçki böyük futbolçu olub və artıq məşqçi kimi də özünü göstərir. Lakin onun Azərbaycan millisindən ayrılaraq Zaqrebə gələcəyinə inanmıram. Bir sıra problemlər var. Əsas problem də maliyyə məsələsidir".
Qeyd edək ki, Xorvatiya Futbol Federasiyası dünən AÇ-2016-nın seçmə mərhələsinin son iki turunda uğursuz çıxış edən yığmanın baş məşqçisi Niko Kovaçla yolları ayırıb. Prosineçkinin adı Xorvatiya millisinin baş məşqçi vəzifəsinə namizədlər sırasında hallansa da, o, Azərbaycan yığmasından ayrılmağı düşünmədiyini açıqlayıb. (Qol)
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB