• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Şah” hər kəsə uğurlar arzuladı

  • İdman
  • 11 Sentyabr 2015 16:35
  • 347 Baxış
“Şah” hər kəsə uğurlar arzuladı

Bildiyiniz kimi, bu gün Bakıda şahmat üzrə Dünya Kubokunun ilk mərhələsinə start verilir. Yarış oktyabrın 4-dək davam edəcək. Beynəlxalq turnirdə 45 ölkədən 128 şahmatçı “tac” uğrunda mübarizə aparacaq.

Yarışın mükafat fondu 1,6 milyon dollar olaraq müəyyənləşib. Dünya Kubokunda Azərbaycanı 6 şahmatçı təmsil edir. İlk mərhələdə Teymur Rəcəbov ABŞ-ı təmsil edən və bu ölkənin tarixində ən gənc qrossmeyster adına (13 yaşında) yiyələnən erməni əsilli Samuel Sevyanla üz-üzə gələcək. Şəhriyar Məmmədyarov isə İran idmançısı Pouya İdani ilə qarşılaşacaq.

Publika.az xəbər verir ki, Şəhriyar Məmmədyarov oyun öncəsi sosial şəbəkədən şəkil paylaşaraq yarışa qatılacaq şahmatçılara uğurlar arzulayıb. “Şah” ləqəbli qrosmeyster fikrini iki dildə - Azərbaycan və İngilis dillərində çatdırıb və dostlarını işarələyib:

“Oyundan öncə ... Bütün Azərbaycan şahmatçılarına uğurlar!

Before game ... wish luck to all Azeri players in World cup!”

Dünya Kuboku

I mərhələ

Teymur Rəcəbov (Azərbaycan) – Samuel Sevyan (ABŞ)

Qədir Hüseynov (Azərbaycan) – Maksim Matlakov (Rusiya)

Eltac Səfərli (Azərbaycan) – Çaba Baloq (Macarıstan)

Li Quanq Liem (Vyetnam) – Vasif Durarbəyli (Azərbaycan)

Rauf Məmmədov (Azərbaycan) – Yevgeni Nayer (Rusiya)

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Pouya İdani (İran)

Aygün

Xəbər lenti

DAHA ÇOX XƏBƏR