Messi yenə ata oldu
Bizi izləyin

İdman

Messi yenə ata oldu

İspaniya çempionatının 3-cü turu Kataloniya – Madrid qarşıdurması kimi diqqət mərkəzində olacaq. Düzdü, “Espanyol” – “Real” matçını komandalar arasındakı səviyyə fərqinə görə fərqləndirməyə ehtiyac yoxdur. Amma Madriddəki qarşılaşmaya bütün dünyanın maraq göstərdiyini qeyd edə bilərik.

Maraqlıdır ki, “Atletiko”yla oyunun hazırlıqlarına başlayan “Barselona”nın son məşqində Lionel Messi meydanda görünməyib.

Publika.az xəbər verir ki, buna səbəb argentinalı futbolçunun oğlunun dünyaya gəlməsidir. Baş məşqçi Luis Enrike də bü üzdən onu praktiki məşğələdən azad edib.

Messi yeni doğulan körpənin adını Benjamin qoyub.

“Atletiko” – “Barselona” matçı sentyabrın 12-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm