Marina Durunda “Rio-2016” Olimpiadasına vəsiqə qazandı
Bizi izləyin

İdman

Marina Durunda “Rio-2016” Olimpiadasına vəsiqə qazandı

Bədii gimnastika üzrə dünya çempionatı qaldığı yerdən davam edir.

Almaniyanın Ştutqart şəhərində keçirilən lisenziya xarakterli beynəlxalq turnirin 5-ci günündə təmsilçimiz Marina Durunda çoxnövçülük yarışlarının final mərhələsində mübarizə aparıb.

Publika.az xəbər verir ki, hər dörd hərəkətin cəmində gimnastımız 71,399 xal toplaya bilib. Azərbaycan gimnastı dünya çempionatında altıncı yerdə qərarlaşıb.

Bununla da Rio-de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.

Məlumat üçün bildirək ki, dünya çempionatında ilk “15-lik”də yer alan gimnastlar "Rio-2016"ya lisenziyanı təmin edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm