• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

2 qat dünya çempionu: “Dua edirdim ki, qızımın boynuna qızıl medal asa bilim”

  • İdman
  • 12 Sentyabr 2015 16:30
  • 397 Baxış
2 qat dünya çempionu: “Dua edirdim ki, qızımın boynuna qızıl medal asa bilim”

Xəbər verdiyimiz kimi, güləşçilərimiz Olimpiya oyunlarına lisenziyanı artırmaqda davam edir.

Təmsilçilərimiz ABŞ-ın Las Veqas şəhərində Rio-de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı Dünya çempionatında iştirak edirlər. Onlar yarışın 5-ci günündə 10-cu lisenziyanı təmin ediblər.

Dünya Çempionatından 2-ci dəfə qızıl medal qazanan idmançımız isə Hacı Əliyev olub. O, bu il də qələbə qazanaraq həm 2 qat dünya çempionu adı alıb, həm də lisenziyanı təmin edib.

Publika.az xəbər verir ki, 2 qat dünya çempionu qələbəsini belə şərh edib:

“Sözsüz ki, hər yarış çətindir. Nə vaxtdır güləşirəm, ilk dəfədir ki, qrupum digərlərinə nisbətən yaxşı düşdü. Mən də bundan yaxşı istifadə edə bildim. İkinci dəfə dünya çempionu ola bildim. Final görüşünə çıxarkən fikirləşirdim ki, iki qat dünya çempionu olmaqla tarix yaza bilərəm. Şükürlər olsun ki, bu tarixi yazdım. Bu qələbəm üçün çox sevinirəm. Çalışacam ki, bunun davamını gətirim. İnşallah 2 ilə bitirmək istəmirəm, 3-cü və 4-cü dəfə bu ada layiq görülmək istəyirəm. Nə qədər idmanda varamsa bunu təkrarlamaq üçün əziyyət çəkəcəm.

Qələbəmi Azərbaycan xalqına hədiyyə edirəm. Onu da deyim ki, dünya çempionatına gəlməmişdən öncə övladım dünyaya gəlib. Mən bura gəldiyim zaman da hər an dua edirdim ki, gedəndə qızımın boynuna qızıl medal asa bilim. Şükürlər olsun ki, buna nail ola bildim. Buna görə də ikinci dəfə dünya çempionu olmağımı qızıma həsr edirəm”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR