Davranışa görə 50 minlik cərimə
Bizi izləyin

İdman

Davranışa görə 50 minlik cərimə

İngiltərə Premyer Liqasında çıxış edən "Vest Hem" klubuna 50 min funt sterlinq məbləğində cərimə kəsilib.

Publika.az xəbər verir ki, "Vest Hem"i İngiltərə Futbol Assosiasiyası cərimələyib. "Çəkicdöyənlər" ilk turda səfərdə "Liverpul"la keçirlən oyuna görə cəzalanıb.

Həmin qarşılaşmada "Vest Hem" qalib gəlmişdi - 3:0. Assosiasiya klubu futbolçuların qeyri-etik davranışlarına görə cəzalandırıb.

İnsident oyunun son dəqiqələrində, "Vest Hem"in futbolçusu Mark Noubl meydandan qovularkən baş vermişdi. Futbolçular meydanda yaranan qarşıqlıq zamanı özlərini həddindən artıq aqressiv aparmışdılar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm