Rauf Məmmədov da dünya kubokunda növbəti mərhələyə vəsiqə qazanıb
Bizi izləyin

İdman

Rauf Məmmədov da dünya kubokunda növbəti mərhələyə vəsiqə qazanıb

Bakıda keçirilən şahmat üzrə dünya kubokunda Azərbaycanın daha bir təmsilçisi – Rauf Məmmədov da növbəti mərhələyə vəsiqə qazanıb. Şahmatçımız Rusiya təmsilçisi, Avropa çempionu Yevgeni Nayeri (1:0, 0,5:0,5) mübarizədən kənarlaşdırıb.

AZƏRTAC xəbər verir ki, partiyadan sonra keçirilən mətbuat konfransında oyunu şərh edən R.Məmmədov deyib: “Bu gün çox maraqlı oyun izlədik. Səhər gedişləri müzakirə edərkən partiyanı necə oynayacağımı düşünürdüm. Rəqib məğlub olduğundan qələbə onun üçün vacib idi. Nayer heç bir sürpriz göstərmədi. Əvvəllər üç dəfə dünya kubokunda ilk mərhələdə mübarizəni dayandırmışdım. Uğursuz seriyaya son qoymaq yaxşı oldu”. Növbəti mərhələdə R.Məmmədovun rəqibi ABŞ təmsilçisi Fabiano Karuana olacaq. F.Karuana kimi şahmatçıya qarşı oynamağın çox maraqlı olduğunu vurğulayan R.Məmmədov deyib: “F.Karuana çox güclü rəqibdir. Şəmkirdə ona qarşı mübarizə aparmışam. Tay-brek barədə düşünmürəm. Karuanaya qarşı klassik oyunlara hazırlaşmalıyam. Çətin və maraqlı qarşılaşma olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm