Teymur Rəcəbov ikinci dövrədə
Bizi izləyin

İdman

Teymur Rəcəbov ikinci dövrədə

Sentyabrın 13-də Bakıda şahmat üzrə dünya kuboku yarışlarının birinci dövrəsinin tay-breyki başlanıb.

Dünya kuboku yarışlarında birinci dövrənin tay-breykində Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Semuyel Seviana (partiyaların ümumi hesabı 3:1), Qədir Hüseynov rusiyalı Maksim Matlakova qalib gəlib (3:1). Beləliklə, hər iki şahmatçımız ikinci dövrəyə çıxıb. Sürətli şahmatda tay-breykdə isə Eltac Səfərli macarıstanlı Çaba Baloq ilə heç-heçə oynayıb - 1:1. Bu rəqiblər blits oynamalıdırlar.

İkinci dairədə Şəhriyar Məmmədyarov dünya çempionu Hou İfanla oynayacaq, Teymur Rəcəbov israilli İlya Smirinlə görüşəcək, və Qədir Hüseynov isə çexiyalı David Navarla mübarizə aparacaq.

Xatırladaq ki, ikinci dövrədə Rauf Məmmədovun rəqibi dünən müəyyən edilib. Bu, italyan qrossmeysteri Fabiano Karuanadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm