
Bakıda keçirilən şahmat üzrə “Dünya Kuboku-2015”-in 1/32 final mərhələsinə start veriləcək.
Publika.az-ın məlumatına görə, Azərbaycanın 4 şahmatçısı bu mərhələdə yarışacaqlar.
Millimizin lideri Teymur Rəcəbov 4 qat İsrail çempionu İlia Smirinlə qarşılaşacaq. Qədir Hüseynovun rəqibi Çexiya şahmatçısı David Navara olacaq. Rauf Məmmədov ABŞ idmançısı Fabiano Karuana, Şəhriyar Məmmədyarov isə çinli Yifan Hou ilə üz-üzə gələcək.
Dünya Kubokunda iştirak edən 4 erməni şahmatçısından 3-ü - Levon Aronyan, Qabriyel Sarkisyan, Hrant Melkumyan 1/32 mərhələdə mübarizəni davam etdirəcək.
Qeyd edək ki, şahmat üzrə "Dünya Kubokuna 2015"-ə 45 ölkədən 128 şahmatçı qatılıb.