Stadion direktoru istefa verdi, yoxsa qovuldu? – Rəsmi açıqlama
Bizi izləyin

İdman

Stadion direktoru istefa verdi, yoxsa qovuldu? – Rəsmi açıqlama

Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov vəzifəsindən uzaqlaşdırılıb. Məlumata görə, onun postunu tərk etməsinə səbəb səhhətindəki problemləri olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Publika.az-a açıqlamasında Akif İsmayılovun öz istəyi ilə postundan getdiyini deyib:

“Akif müəllim səhhətində problem olduğunu dedi və istefa ərizəsini nazirliyə təqdim etdi. Heç bir problem olmayıb. Öz istəyi ilə işdən uzaqlaşdırılıb”.

Nazirlik rəsmisinin sözlərinə görə, A.İsmayılovun yerinə kimin gətiriləcəyi hələ bilinmir:

“Hələ həmin vəzifəyə kimin gələcəyi bilinmir. Yaxın günlərdə bu barədə məlumat olan kimi mətbuata açıqlama veriləcək”.

Qeyd edək ki, son zamanlar Respublika stadionunun durumuyla bağlı ciddi və haqlı narazılıqlar vardı.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm