Hakimlər məlumdur: “Qəbələ”yə ispanlar, “Qarabağ”a isveçrəlilər düşdü
Bizi izləyin

İdman

Hakimlər məlumdur: “Qəbələ”yə ispanlar, “Qarabağ”a isveçrəlilər düşdü

Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək “Qəbələ” – PAOK və “Tottenhem” – “Qarabağ” oyunlarının hakimləri müəyyənləşib.

Publika.az xəbər verir ki, Bakıda baş tutacaq oyunu ispaniyalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Xavyer Estradadır. Ona həmyerliləri Miqel Martinez və Teodoro Sobrino köməklik edəcək. Dördüncü referi funksiyasını isə Dieqo Barbero Sevilya yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Qəbələ” - PAOK oyunu saat 22:00-da başlayacaq.

Londonda baş tutacaq görüşü isə İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Adrien Yakkottet olacaq. Ona həmyerliləri Rafael Zeder və Vital Jobin köməklik edəcək. Yohannes Voqel isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Sentyabrın 17-də “Uayt Hart Leyn” stadionunda keçiriləcək "Tottenhem" - "Qarabağ" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm