Növbəti lisenziyanın bir addımlığında
Bizi izləyin

İdman

Növbəti lisenziyanın bir addımlığında

Azərbaycanın qrup hərəkətləri komandası Ştutqartda (Almaniya) keçirilən Bədii Gimnastika üzrə Dünya Çempionatında çıxış edib.

Publika.az xəbər verir ki, Səbinə Abbasova, Siyana Vasileva, Aynur Mustafayeva, Diana Doman və Aleksandra Platonovadan ibarət qrup əvvəlcə 3 cüt gürz və 2 halqa ilə ruhlandırıcı çıxışlarını uğurla nümayiş etdirib.

Təəssüflər olsun ki, 5 lentlə hərəkətlərdə səhvə yol verən qızlar, iki çıxışın cəmində Rio-de-Janeyro 2016 Olimpiya Oyunlarına ilk lisenziya qazanmaq şansını əldən veriblər.

Təsnifat sisteminin qaydalarına əsasən, gələn ilin 16-24 aprel tarixlərində Rio-de-Janeyroda keçiriləcək Olimpiya öncəsi Test Turnirinin yarışları, 2016-cı ilin Olimpiadasına ikinci lisenziya qazanma şansı verir.

Dünya Çempionatının çoxnövçülük nəticələrinə əsasən, Azərbaycanın qrup hərəkətləri komandası ikinci təsnifat turnirində lisenziya uğrunda mübarizə aparmaq hüququ əldə edib.

Bu Dünya Çempionatı həmçinin qızların yaddaşında vətənə dönməmişdən əvvəl gəzinti zamanı onları şəhərin mərkəzində haqlayan gözlənilməz sürprizlə qaldı. İspaniya komandası gimnastlarının birinin 5 lentlə hərəkətlərdə aldığı zədəyə görə 3 cüt gürz və iki halqa ilə finalda iştirakdan imtina etdiyini xəbər verən telefon zəngindən sonra, ehtiyatda olan ilk qrupun üzvləri taksiyə əyləşərək Porşe Arenasına yollanıblar.

Əsl idmançı ruhu nümayiş etdirərək, gimnastlarımız demək olar ki, taksini tərk etdikdən sonra dərhal xalça üzərinə çıxdılar. Onların finalçılardan ibarət səkkizliyi qapayan çıxışı, Dünya Çempionatının son çıxışı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm