“Mən türk dilində Polat Alemdardan daha yaxşı danışıram”
Bizi izləyin

İdman

“Mən türk dilində Polat Alemdardan daha yaxşı danışıram”

Futbolun populyarlığını sübut etməyə ehtiyac yoxdur. Planetin elə bir nöqtəsi yoxdur ki, orada topun arxasınca qaçmasınlar. Qaça bilməyənlər isə yaşıl meydanlarda qaçanlara tamaşa etməkdən zövq alırlar.

Futbolu sadəcə ayaqla deyil, sözün hər mənasında başla oynayırlar. Futbolun içində olan hər kəs düşünməli və nə danışdığını bilməlidir.

Müasir futbolda ağzından çıxan hər sözü ajiotaj yaradan mütəxəssislər və futbolçular çoxdur. Onların dediyi hər cümlə bəzən münaqişəyə, bəzən etirazlara, bəzən də gülüşə səbəb olur. Əlbəttə, futbol dünyasında maraqlı fikir səsləndirənlər olub, var və olacaq da...

Publika.az “Unudulmaz sözlər” rubrikasının növbəti buraxılışını təqdim edir.

Roberto Mançini

“Kristiano Ronaldonun qarşısını kəsmək üçün polis çağırmaq lazımdır”.

Jorge Jesus (“Benfika”nın baş məşqçisi olarkən)

“Əlavə vaxt bütün xəyallarımı puç edib. Bu üzdən uzatma dəqiqələrinə nifrət edirəm”.

Devid Bekhem

“Futbolu buraxmaq haqda düşündüyümü soruşursuz... Bir dəfə Messi topu sağımdan atıb solumdan sürətlə keçəndə həqiqətən bu barədə düşünmüşdüm”.

Paskal Numa

“Dostlarımın dediyinə görə, mən türk dilində “Polat Alemdar”dan (Necati Şaşmaz) daha yaxşı danışıram”.

Yaya Ture

“Bir dəfə jurnalistin “Oyunun ən yaxşısı seçildin, bunu şampanla qeyd edəcəksən” sualına, Ture “Təşəkkür edirəm, amma mən müsəlmanam, içmirəm, Leskott içir, ona verərsiz” demişdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm