• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Avropa Oyunlarının qalibindən növbəti qızıl medal

  • İdman
  • 15 Sentyabr 2015 03:44
  • 323 Baxış
Avropa Oyunlarının qalibindən növbəti qızıl medal

Təl-Əviv şəhərində kişi idman gimnastikası üzrə 1-ci Açıq İsrail Kuboku keçirilib. İdmançılarımız Oleq Stepko və Petro Paxnyuk bu yarışda iştirak ediblər.

Publika.az xəbər verir ki, Bakı 2015 1-ci Avropa Oyunlarının qızıl medalçısı Oleq Stepko çoxnövçülükdə 89 xal toplayaraq, fəxri kürsünün 1-ci pilləsinə yüksəlib. Avropa Oyunlarının komanda hesabında bürünc mükafatçısı Petro Paxnyuk 4-cü yerdə qərarlaşıb. 2-ci yerə Xorvatiya idmançısı Filip Ude, üçüncü yerə isə podiumun sahibi Aleksandr Şatilov layiq görülüb.

Ayrı-ayrı növlərdə, Oleq halqalar və paralel qollar üzərində hərəkətlərdə qızıl medal qazanıb. Sərbəst hərəkətlərin icrası, həmçinin gimnastika atı və turnik üzərində çıxışı isə ona “gümüş” gətirib.

Petro Paxnyukun isə sərbəst hərəkətlərdə bütün iştirakçılardan güclü olduğu məlum olub. Dayaqla tullanmada isə, o, 3-cü yerə layiq görülüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR