"Qarabağ" Londona yola düşür
Bizi izləyin

İdman

"Qarabağ" Londona yola düşür

Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Tottenhem"in qonağı olacaq son Azərbaycan çempionu "Qarabağ" Londona gedəcək.

Agdam klubunun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, “Qarabağ” bu gün axşam saatlarında çarter reysiylə İngiltərəyə yola düşəcək. UEFA-ya göndərilən iştirak ərizəsində göstərilən bütün futbolçular baş məşqçi Qurban Qurbanovun xidmətində olacaq. Yeni transferlərdən yalnız Vladimir Dimitrovski əvvəldən də məlum olan səbəblərdən heyətdən kənarda qalıb.

Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" qarşılaşması sentyabrın 17-də Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

“Qarabağ”ın iştirak ərizəsi

Qapıçılar: Fərhad Vəliyev, İbrahim Şehiç, Halit Oğuzhan;

Müdafiçilər: Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov, Azər Salahlı, Ansi Aqolli, Elvin Yunuszadə, Bədavi Hüseynov,

Yarımmüdafiəçilər: Vüqar Mustafayev. Migel Markos Madera, Dani Kintana, Elvin Məmmədov, İlqar Qurbanov, Riçard Almeyda, Əfran İsmayılov, Eltun Turabov, Alharbi El Jadeyaoui, Çumbinyo, Cavid Tağıyev, Coşqun Diniyev;

Hücumçular: Reynaldo, Samuel Armenteros, Raydell Pupon.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm