• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qusarda dava, veteran kobudluğa görə cəzasını aldı

  • İdman
  • 15 Sentyabr 2015 15:00
  • 445 Baxış
Qusarda dava, veteran kobudluğa görə cəzasını aldı

AFFA-nın Nizam-İntizam Komitəsi Azərbaycan Premyer Liqasının, 1-ci divizionun və əvəzedicilərin çempionatında baş tutan son turun oyunlarına hüquqi qiymət verib.

Publika.az xəbər verir ki, Premyer Liqanın 4-cü turunda “Sumqayıt” – “Zirə” matçının 74-cü dəqiqəsində “Sumqayıt”ın üzvü Aleksandr Çertoqanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Ən maraqlı hadisə isə 1-ci divizionda baş verib. Futbolumuzun gündən-günə çiçəkləndiyi bir vaxtda elementar səhvlər hələ də boşluqların olduğundan xəbər verir. Belə ki, I divizionun ilk turunda “Göyəzən” – “Bakılı” matçında “Bakılı” klubu əvəzetmə limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

“Şahdağ” – “MOİK” matçının 87-ci dəqiqəsində hər iki klubun təqsiri nəticəsində oyunda məcburi fasilələr yaranıb. Oyunun başa çatmasına baxmayaraq, baş vermiş iğtişaşlara görə hər iki klub 300 manat cərimə olunub. Bu hal yenidən təkrar olunarsa, hər iki klub daha ciddi səkildə cərimə olunacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR