Rusiyada qazandıqlarımız: 1 qızıl, 3 bürünc medal
Bizi izləyin

İdman

Rusiyada qazandıqlarımız: 1 qızıl, 3 bürünc medal

Rusiyanın Mahaçqala şəhərində Məhəmməd-Salam Umaxanovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir başa çatıb.

Publika.az xəbər verir ki, komandamız yarışda 1 qızıl və 3 bürünc qazanıb.

52 kq çəki dərəcəsində mübarizə aparan "Baku Fires" klubunun üzvü Məhəmməd İbiyev bütün görüşlərini qələbəylə başa vurub. Boksçumuz finalda özbəkistanlı Əzizbek Otajonovu məğlub edərək, birinci yerə sahib olub.

"Baku Fires"in daha bir üzvü Rəsul Saliyev yarımfinalda Özbəkistan komandasının lideri Abdullo Kuçkarova uduzaraq, 3-cü yerlə kifayətlənib.

Zaur Abdullayev də (64 kq) Umaxanov turnirindən bürünc medalla dönüb. Boksçumuz iki görüşdə qalib gəlsə də, yarımfinalda rusiyalı Şahabbas Mahmudova uduzub.

91 kq çəki dərəcəsində çıxış edən Heydər Heydərov da beynəlxalq yarışda 3-cü yeri tutub. "Gilan" klubunun üzvü finala gedən yolda qazaxıstanlı Abilxair Turlanbekə məğlub olub.

Yarışda ölkəmizi hakim kimi Elnur Məmmədli təmsil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm