“Qəbələ” sabah Bakıya gəlir – Son məşqə
Bizi izləyin

İdman

“Qəbələ” sabah Bakıya gəlir – Son məşqə

Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq "Qəbələ" PAOK-la (Yunanıstan) oyununun hazırlıqlarını davam etdirir.

Publika.az xəbər verir ki, Premyer Liqanın 4-cü turunun "İnter"lə sentyabrın 12-də Bakıda keçirilən oyunundan (1:2) sonra məşqlərinə ara verməyən "Qırmızı-qaralar" qrupdakı ilk sınağına Qəbələdə hazırlaşır.

Son matçın səhərisi gün bərpaedici məşqi paytaxtda gerçəkləşdirən Qəbələ təmsilçisi ADBTİA stadionunda çalışıb. Dünən Qəbələdə məşq edən Roman Qriqorçukun yetirmələri bu gün də doğma stadionda hazırlıq keçəcək. Sabah baş tutacaq oyunöncəsi son məşq isə qarşılaşmanın keçiriləcəyi "Bakcell Arena"da reallaşacaq.

“Qəbələ” - PAOK oyunu sentyabrın 17-də keçiriləcək və saat 22:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm