Ronaldonun Quran sevgisi
Bizi izləyin

İdman

Ronaldonun Quran sevgisi

Futbolun populyarlığını sübut etməyə ehtiyac yoxdur. Planetin elə bir nöqtəsi yoxdur ki, orada topun arxasınca qaçmasınlar. Qaça bilməyənlər isə yaşıl meydanlarda qaçanlara tamaşa etməkdən zövq alırlar.

Futbolu sadəcə ayaqla deyil, sözün hər mənasında başla oynayırlar. Futbolun içində olan hər kəs düşünməli və nə danışdığını bilməlidir.

Müasir futbolda ağzından çıxan hər sözü ajiotaj yaradan mütəxəssislər və futbolçular çoxdur. Onların dediyi hər cümlə bəzən münaqişəyə, bəzən etirazlara, bəzən də gülüşə səbəb olur. Əlbəttə, futbol dünyasında maraqlı fikir səsləndirənlər olub, var və olacaq da...

Publika.az “Unudulmaz sözlər” rubrikasının növbəti buraxılışını təqdim edir.

Zlatan İbrahimoviç

“Ronaldo çox şanslı adamdır. “Qızıl top”un təqdimat mərasimində hər dəfə ən yaxşı yerə bilet alır və Messinin mükafatı almasını lap yaxından izləyir”.

Mario Balotelli

“Mən onun vurduğu qolu məşqlərdə kefim olmayanda vururam”.

(İbrahimoviçin İngiltərə millisinə başüstü vurduğu fantastik qola “sataşır”)

Arsen Venger

“Uolkott çox sürətli futbolçudur. O qədər sürətlidir ki, bəzən məşq vaxtı top özündən arxada qalır”.

Vaqner Lav

“Elə zənn etməyin ki, mən futbol oynayıram. Mən sadəcə 90 dəqiqə sevgilimlə əylənirəm”.

Məsut Özil

“Ronaldoyla dostuq. O, dinimə də hörmət edir. Mən Quran oxuyanda diqqətlə qulaq asır. Quranı dinləməkdən zövq alır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm