• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

3 barmaq işarəsi aranı qarışdırdı - FOTO

  • İdman
  • 14 Mart 2014 13:22
  • 854 Baxış
3 barmaq işarəsi aranı qarışdırdı - FOTO

Londonda keçirilən Avropa Liqasının 1/8 finalının ilk görüşündə “Benfika” “Tottenhem”ə 3:1 hesabı ilə qalib gəldi.

Matçın sonunda “Benfika”nın baş məşqçisi Jorje Jezuş Tim Şervurdun əlini sıxmaq əvəzinə, “Tottenhem”in ehtiyat oyunçular skamyasına tərəf 3 barmaq işarəsi göstərib.

Publika.az xəbər verir ki, matçdan sonra Şervurd bu məsələyə münasibət bildirib: “Onun əl sıxmaması xoşagəlməz haldır.

Matçın ilk dəqiqələrindən başlayaraq o, texniki əraziyə daxil olduğum üçün ehtiyat hakimə şikayət edirdi. Nə üçün gedərkən əl yellədi? Çünki, peşəkarlığı çatışmır. Bunu nə üçün etməliydi ki?”.

Məsələ ilə bağlı danışan Jezuş Şervurd da vəziyyətin əsassız yerə gərginləşdirildiyini düşünür: “Bu jest 3 nömrəni ifadə edirdi. Luizao - 3 nömrə.

Portuqaliya ilə müqayisədə İngiltərədə skamyalar bir-birinə yaxın yerləşir. Portuqaliyada yerlər genişdir və biz hisslərimizi özünəməxsus şəkildə ifadə edə bilirik. Əgər Şervurd bunu hörmətsizlik kimi qəbul edirsə, bu, onun öz işidir”.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı 20 martda Lissabonda keçiriləcək.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR