İdman
Əfsanəvi idmançımız Həcc ziyarətinə getdi – FOTO
Cüdo üzrə ikiqat paralimpiya, 2 qat dünya, 5 qat Avropa çempionu, Avropa Oyunlarının qalibi İlham Zəkiyev müqəddəs torpaqlara ayaq basacaq.
Publika.az xəbər verir ki, əfsanəvi cüdoçu Avropa Oyunlarından sonra Həcc ziyarətinə getməyi arzulayırdı. Nəhayət, o, arzusuna çatıb və müqəddəs torpaqlara doğru yola düşüb.
İdmançımız yola düşməmişdən öncə ailəsi, dostları, sevdikləri ilə halallaşıb.
Qeyd edək ki, Zəkiyev müsahibələrinin birində Həcc ziyarətinə getmək istəyini belə açıqlamışdı:
“Mən ad və titul üçün ziyarətə getmirəm. Heç vaxt istəməyəcəm ki, məni hacı İlham Zəkiyev kimi çağırsınlar. Bəlkə hansısa idmançı arzu edib ki, Avropa Oyunlarında qalib gəlib, özünə bahalı avtomobil, ev alsın. Bu, onun şəxsi işidir. Niyə də almasın?! Mənim arzum Avropa Oyunlarından sonra Həcc ziyarətinə getmək idi və gedirəm də”.
Aygün İlqarqızı
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi