“Real” ən bahalı futbol klubu statusunu itirdi
Bizi izləyin

İdman

“Real” ən bahalı futbol klubu statusunu itirdi

İspaniyanın “Real” futbol klubu "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən bahalı idman klubu reytinqındəki ilk yerini əldən verib. Onu “taxt”dan Amerika Milli Futbol Liqasının "Dallas Kovboys" klubu salıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, iyulun ortalarında tərtib edilən reytinqin əvvəlki versiyasında Madrid klubu 3,26 milyard dollar həcmində qiymətləndirilirdi. Hazırda "Dallas Kovboys" klubunun dəyəri 4 milyard dollar məbləğində hesablanır.

Ən bahalı klublar siyahısında 2-ci və 3-cü yerləri Milli Futbol Liqasının daha bir təmsilçisi "Nyu İnqlend Patriots" və Milli Beysbol Liqasında çıxış edən "Nyu York Yankis" klubları (hər ikisi 3,2 milyard dollar) tutur. Beşinci yerdə isə 3,16 milyard dollarla İspaniyanın "Barselona" klubu qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm