İspanlar sevinc içində, Mançester “yas”da
Bizi izləyin

İdman

İspanlar sevinc içində, Mançester “yas”da

Çempionlar Liqasının qrup mərhələsinə start verilib.

Publika.az xəbər verir ki, A, B, C və D qruplarında ilk turun oyunları keçirilib. Günün ən maraqlı qarşılaşmalarından biri "Mançester Siti" ilə "Yuventus" arasında baş tutub. Görüş Turin klubunun qələbəsiylə başa çatıb - 1:2.

Azərbaycanlı azarkeşlərin maraqla gözlədiyi digər bir qarşılaşma İstanbulda keçirilib. "Qalatasaray" Madrid "Atletiko"suna məğlub olub - 0:2. "Real" isə Kriştiano Ronaldonun het-trik etdiyi oyunda "Şaxtyor"a şans verməyib - 4:0.

Çempionlar Liqası. Qrup mərhələsi, 1-ci tur

15 sentyabr

A qrupu

PSJ (Fransa) - Malmö (İsveç) 2:0

Di Mariya, 4. Kavani, 61.

Real (İspaniya) - Şaxtyor (Ukrayna) 4:0

Benzema, 30. Ronaldo, 55-p; 63-p; 81.

Qırmızı vərəqə: Stepanenko (Şaxtyor), 50.

B qrupu

Volfsburq (Almaniya) - ÇSKA (Rusiya) 1:0

Draksler, 40.

PSV (Hollandiya) - Mançester Yunayted (İngiltərə) 2:1

Moreno, 45. Narsinqh, 56 - Depay, 41.

C qrupu

Qalatasaray (Türkiyə) - Atletiko (İspaniya) 0:2

Qrizmann, 18; 25.

Benfika (Portuqaliya) - Astana (Qazaxıstan) 2:0

Qaytan, 51. Mitroqlu, 62.

D qrupu

Mançester Siti (İngiltərə) - Yuventus (İtaliya) 1:2

Kyellini, 57-a/q – Mancukiç, 70. Morata, 82.

Sevilya (İspaniya) - Borussiya (Almaniya) 3:0

Qameyro, 47-p. Baneqa, 66-p. Konoplyanka, 84.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm